Haqqımızda

Venta Isle temin

 

“VENTA  İŞLƏ TƏMİN MƏRKƏZİ” 

VENTA  İŞLƏ TƏMİN MƏRKƏZİ”  öz sahəsi daxilində iş axtaran peşə sahiblərini, mütəxəssisləri onların arzularında olduğu şirkətə daxil ola bilməsi üçün hər cür köməklik edən və eyni zamanda, kadr axtarışında olan müəssələri, şirkətləri yararlı, ixtisaslaşmış işçilərlə təmin edən Azərbaycan Respublikası daxilində fəaliyyət göstərən aparıcı işlə təmin mərkəzidir. Bizim məqsədimiz Azərbaycanda işsizlərin sayını azaltmaq və dövlətimizə yararlı gənclər yetişdirməkdir. Başlıca fəaliyyət sahəmiz iş axtaranla şirkət nümayəndələrini görüşdürmək, iş axtaranları bacarıqlarına uyğun işlərdə yerləşdirmək. Bizim mərkəzdə qeydiyyat və göndəriş ödənişsizdir. İş axtaran işlə təmin olunduqdan sonra (yalnız bir dəfə) bir aylıq əmək haqqının 25% -nı ödəniş edir. İnamla addımladığımız bu yolda illərin təcrübəsinə yiyələnmişik.

Siz də karyeranızdakı uğur pilləkanlarını bizim dəstəyimiz ilə addımlayın.

Biz layihənin inkişafı və təkmilləşdirilməsi üçün əlimizdən gələni edirik və sizin bu haqda olan fikirlərinizi və təkliflərinizi dinləməyə hazırıq. Bizimlə əlaqə yaratmaq üçün xanoglan.m@venta.az e-mail ünvanına yaza və ya +99455 555 77 46 telefon nömrəsinə zəng edə bilərsiniz.